More

    Napoli – Qarabağ: komandamızı Çempionlar Liqasının gərgin matçında dəstəkləyin!

    Ən nüfuzlu Avropa klub turnirinin 5-ci mərhələsində «Köhlən Atlar»ın Neapola çətin səfər gözləyir. Beynəlxalq mərc şirkəti 1xBet Azərbaycanının ən yaxşı komandasının iştirak edəcəyi qarşıdakı oyun üçün anons hazırlayıb.

    Qarabağın böyük ambisiyaları

    Cari Çempionlar Liqası mövsümündə «Köhlən Atlar» göstərdi ki, Avropanın ən güclü klublarına layiqincə müqavimət göstərə bilirlər. İlk turda komanda Benfika üzərində 3:2 hesablı möhtəşəm səfər qələbəsi qazandı, növbəti matçda isə Kopenhageni inamla məğlub etdi. Sonra Qarabağı Atletiko və Çelsi ilə daha çətin qarşılaşmalar gözləyirdi, lakin burada da Qurban Qurbanovun komandası xalsız qalmadı və londonlularla döyüşdə heç-heçəni qorumağı bacardı.

    4 qarşılaşmadan sonra Azərbaycan çempionu 7 xal toplayıb və turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Komandada heç kim gizlətmir ki, «Köhlən Atlar»ın məqsədi Çempionlar Liqasının əsas mərhələsinin sonunda ən yaxşı 24 klub arasına düşməkdir. Mövcud heyətin səviyyəsini nəzərə alsaq, Qarabağın bu yüksək ambisiyanı reallaşdırması və turnirin pley-off mərhələsinə yüksəlməsi tamamilə mümkündür. 

    Napolidə ciddi problemlər var

    Çempionlar Liqasına start İtaliya çempionu üçün son dərəcə çətin alınıb. «Partenopey» dörd oyundan cəmi birində qalib gəlib, PSV-yə qarşı səfər matçında isə 2:6 hesabı ilə darmadağın olunub. Hazırda Napoli turnir cədvəlində 24-cü yerdədir və artıq səhv etmək haqqı yoxdur. Qarabağla oyunda Antonio Kontenin komandası üçün yalnız qələbə məqbuldur, lakin bizim komandamız da İtaliyadan əli boş qayıtmaq niyyətində deyil.

    «Köhlən Atlar» xal üçün Neapola gedir 

    Səfərdə oynamaq həmişə çətindir, lakin Qarabağ təzyiq altında necə oynamağı və lazım olan nəticəni əldə etməyi yaxşı bacarır. Qurban Qurbanov iki dayaq yarımmüdafiəçisi və cəld cinahlarla Abdella Zubir və Leandro Andrade 4-5-1 sxemini seçə bilər. Müdafiədə əsas fiqur Kevin Medina olacaq, görüşün taleyi isə böyük dərəcədə qapıçı Mateuş Koxalskinin oyunundan asılı olacaq. O, dəfələrlə Qarabağın həqiqi qəhrəmanına çevrilib. 

    Napoli evdə oyuna diktə edəcək və aqressiv hücum futbolu nümayiş etdirəcək. Meydanın mərkəzində italiyalıların iki yarımmüdafiəçisi – Skott Maktominey və Frank Angissa seçilir. Hər ikisi güclü zərbəyə malikdir, həm komanda yoldaşlarına ötürmə verə, həm də hücumları özləri tamam­la­ya bilirlər. Hücum xəttində isə danimarkalı forvard Rasmuss Heylund yaxşı forma toplayıb – o da Mançester Yunaytedin keçmiş futbolçusudur və İngiltərədən ayrıldıqdan sonra tamamilə fərqli səviyyədə çıxış edir. 

    «Adzurrilər» üçün böyük itki – zədəli pleyme­yker Kevin De Bröynenin olmamasıdır. Həmçinin PSV ilə faciəvi görüşdə qırmızı vərəqə alan Lorenzo Lukka da Qarabağla oyunu buraxacaq.

    Favorit kimdir? 

    1xBet ekspertlərinin fikrincə, Napoli qalibiyyətə daha yaxın tərəfdir. «Adzurrilər»in qələbəsinə olan əmsal 1.32-dir, Qarabağın qələbəsi isə çox yüksək əmsalla – 11.1 qiymətləndirilir. Heç-heçə nəticəsində isə mərciniz 5.94 dəfə artacaq.

    Napoli – Qarabağ qarşılaşması 25 noyabr tarixində «Diyego Armando Maradona» stadionunda keçiriləcək. Komandamızı 1xBet Azərbaycan ilə dəstəkləyin! Etibarlı mərc şirkəti yerli və dünya səviyyəli idman hadisələrinə ən yüksək əmsalları, həmçinin pul yatırmaq və çıxarmaq üçün 250-dən çox üsul təklif edir

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni