Azərbaycan millisi Şimali Makedoniya ilə ilk oyunda böyük hesabla uduzub​

Kişi basketbolçulardan ibarət Azərbaycan yığması 2029-cu il Avropa çempionatının seçmə mərhələsində debüt matçına çıxıb. Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda A qrupunda səfərdə Şimali Makedoniya ilə qarşılaşıb.

Skopyedə, SRC Kale arenasında baş tutan görüş yığmamız üçün uğursuz alınıb və meydan sahibləri 87:49 hesabı ilə qalib gəlib. Şimali makedoniyalılar ilk perioddan üstünlüyü ələ alaraq fasiləyə 40:21 öndə yollanıblar, Azərbaycan millisində isə ən məhsuldar basketbolçu 12 xal vuran Amil Həmzəyev olub.

YerKomandaOyunQMXalFərq
1Şimali Makedoniya1102+38
2Lüksemburq1102+10
3İrlandiya1011–10
4Azərbaycan1011–38

Azərbaycan yığmasının seçmə mərhələdə növbəti rəqibi Lüksemburq olacaq. Komanda noyabrın 30-da Bakıda azarkeşlər önündə qrupdakı ikinci oyununa çıxacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni