More

    Nazim Sadıqov-Fares Ziam döyüşü: “Təbəssüm edən qatil” azərbaycanlıyı nokautla təhdid edir

    “Təbəssüm edən qatil” ləqəbində tanınan fransalı MMA döyüşçüsü Fares Ziam (17-4) Las-Veqasda 6-7 dekabr gecəsi UFC 323 turnirində azərbaycanlı Nazim Sadıqovla (11-1-1) qarşılaşacaq. Ziam Fransa mətbuatına açıqlayıb: “Mən onu nokauta salmalıyam. Başqa variant yoxdur. Ona elə boks texnikaları göstərəcəyəm ki, bəlkə də onları heç vaxt görməyib”.

    Fransız KİV-ləri Sadıqovun təhlükəsini vurğulayır: 11 qələbədən 8-i nokautla, son 5 döyüşündə 5 finish (fevral 2025-də İsmayel Bonfimi, iyun 2025-də Nikolas Motanı vaxtından əvvəl məğlub edib). “La Sueur” qeyd edir ki, azərbaycanlı nadir hallarda məhəkəməyə gedir. “UFC Fans” isə Ziamın (185 sm boy, 6 inçə üstünlük) temp nəzarəti ilə Sadıqovun aqressiv üslubunun toqquşmasını proqnozlaşdırır. Ziam fevral 2025-də Mike Davis üzərində qələbə qazanıb.

    Döyüşdə Ziam məsafə saxlayaraq ritmi idarə etməyə çalışacaqsa, Sadıqov hücum tempini artırıb vaxtından əvvəl bitirməyə cəhd edəcək. Rekordlar: Sadıqov 5.6 SLpM (significant strikes per minute), Ziam 2.9 SLpM, Sadıqovun TD Def 75%. MMA mütəxəssisləri “fight of the year” potensialı görür.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni