Azərbaycanın tanınmış MMA döyüşçüsü Vüqar Kərəmov (21-6) karyerasındakı növbəti mühüm imtahana hazırlaşır. 31 dekabrda Tokioda keçiriləcək Rizin turnirində o, braziliyalı Kleber Koike Erbst (35-9-1) ilə qarşılaşacaq.
Dağıstan toplanışından sonra güclü hazırlıq
“İki həftəlik intensiv Dağıstan toplanışından yeni qayıtmışam. Orada sparrinq etmək üçün güclü rəqiblərin əhatəsində Koiki Kleberlə döyüşə hazırlaşdım. Braziliyalıların əksəriyyəti kimi, rəqib çox güclüdür, Amma ümid edirəm ki, Yeni ilin ilk gününü qalib kimi yaxşı əhval-ruhiyyədə qarşılayacağam”, – deyə Kərəmov bildirib.
Kərəmov sonuncu döyüşündə iyun ayında yapon Şii Kimuranı məğlub edərək qaləbə seriyasını davam etdirmişdi. Rizin turnirləri Yaponiyada Yeni il gecəsinin ən gözlənilən idman tədbirlərindəndir və Vüqar Kərəmovun çıxışı Azərbaycan MMA-severlər üçün xüsusi maraq oyadır.



