More

    Atletik – Paris Sen-Jermen: basklar sürpriz edə biləcəkmi?

    10 dekabrda «San-Mames»də Ernesto Valverdenin komandası Çempionlar Liqasının hazırkı çempionuna meydan oxuyacaq. 1xBet Azərbaycan qarşıdakı oyunun əsas intriqalarını təqdim edir. 

    Atletikin artıq səhv etmək haqqı qalmayıb

    Hər turla «Qırmızı-ağlar»ın avrokubok baharı ilə bağlı ümidləri uğursuz nəticələrin acılığı içində əriyir. Atletik 5 matçda cəmi 4 xal toplayıb və Çempionlar Liqasının turnir cədvəlində 27-ci yerdə qərarlaşıb. Baskların artıq səhv etmək imkanı yoxdur – pley-offa çıxmaq üçün qalan üç oyunda ən azı 4–5 xal toplamaları lazımdır.

    Hazırda «Qırmızı-ağlar»ın azarkeşləri İnyaki Uilyamsın bərpasını diqqətlə izləyirlər. Atletikin lideri və kapitanının bütün oyunu keçirməsi çətin görünür, lakin onun əvəzləyici kimi belə meydana çıxması Ernesto Valverdenin arsenalında güclü silaha çevriləcək. 

    Optimizm yaradan digər məqam isə Niko Uilyamsın yaxşı formasıdır – o, nəhayət uzun sürən qolsuz seriyanı qırıb və son 4 oyunda 2 qol vurub.

    Parislilər turnirin ən yaxşı hücumuna sahibdir

    Usmane Dembele, Dezire Due və digər liderlərin zədələri səbəbindən mövsümə çətinliklə başlamasına baxmayaraq, Paris Sen-Jermen Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi 5 oyunun 4-də qələbə qazanıb. Luis Enrikenin komandası turnir cədvəlində ikinci sıradadır və lider Arsenaldan cəmi 3 xal geri qalır. 

    Paris təmsilçiləri azarkeşləri təkcə nəticələrlə yox, həm də parlaq oyunla sevindirirlər – demək olar ki, hər matçda qol şousu qururlar. «Qırmızı-göylər» 5 turda 19 qol vurub və bu, turnirin ən yaxşı göstəricisidir. Cari mövsümdə Paris Sen-Jermeninin iştirakı ilə keçirilən hər bir Çempionlar Liqası oyununda ən azı 3 qol vurulub ki, bu da çempion titulunun hazırkı sahibinin güclü hücum potensialından xəbər verir. 

    Atletiklə oyununu Dezire Due və Əşrəf Hakimi dəqiq buraxacaq, Nuno Mendeşin iştirakı isə hələ də sual altındadır. İki əsas cinah müdafiəçisinin olmaması riski, xüsusilə yaxşı formaya düşmüş Niko Uilyams fonunda, Luis Enrikenin narahatlığına səbəb olur.

    Kim qalib gələcək?

    Bütün tarix boyu Atletik Paris Sen-Jermenlə cəmi iki dəfə qarşılaşıb və bu da 2011/2012 mövsümündə Avropa Liqasının qrup mərhələsində baş verib. Həmin vaxt «Qırmızı-ağlar» evdə inamlı qələbə qazanmışdı (2:0), «Park de Prens»də isə məğlub olmuşdu (4:2).Basklar həmin mövsüm əla turnir keçirərək finala qədər yüksəlmiş, lakin finalda Madrid Atletikosuna uduzmuşdular. 

    O vaxtdan bu günə çox zaman keçib və indi üstünlük böyük səviyyədə böyük qələbə təcrübəsinə malik parisli futbolçuların tərəfindədir. Meydan sahiblərinin qələbəsinə qoyulan əmsal – 5.74, Paris Sen-Jermeninin qalibiyyətinə isə – 1.647-dir. Heç-heçə proqnozu mərc məbləğinizi 4.27 dəfə artıracaq.

    Çempionlar Liqasının əsas mərhələsinin sonuna yaxınlaşmanı izləyin və 1xBet ilə ekstra-klass futbolun həzzini yaşayın!

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni