“Mançester Yunayted”dən 44 illik antirekord: “Qırmızı şeytanlar” kuboklarla erkən vidalaşdı

İngiltərə nəhəngi “Mançester Yunayted” azarkeşlərini məyus etməyə davam edir. İngiltərə Kubokunun üçüncü mərhələsində “Brayton”a 1:2 hesabı ilə uduzan klub, 44 il əvvəlki uğursuzluğunu təkrarlayıb.

“Opta Sport”un məlumatına görə, “qırmızı şeytanlar” 1981/1982 mövsümündən bəri ilk dəfədir ki, həm İngiltərə Kuboku, həm də Liqa Kubokunda elə ilk mərhələdəcə mübarizəni dayandırır.

Xatırladaq ki, bu uğursuz seriya 2025/2026 mövsümünün Liqa Kuboku matçında başlamışdı. Həmin vaxt aşağı liqa təmsilçisi “Grimsbi Taun”la qarşılaşan “Mançester Yunayted”, oyunun əsas vaxtını 2:2 hesabı ilə bitirsə də, penalti seriyasında (11:12) məğlub olaraq turnirdən kənarda qalmışdı. Bu nəticələrlə klub tarixi antirekordlarından birini yeniləmiş oldu.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni