Hakerlər Bruno Fernandeşin rəsmi hesabına daxil olduqdan sonra “Mançester Yunayted” klubunun və klubun rəhbərliyində olan INEOS şirkətinin ünvanına kəskin təhqirlər paylaşıblar. Bununla yanaşı, onlar Kriştiano Ronaldunun karyerasını bitirməsi barədə yalan məlumat yayıb, reper KSI-yə qarşı irqçi ifadələr işlədib və futbolçu Alişa Lemanna “eşq elanı” ediblər.
Həmçinin Brunonun kriket millisinə keçəcəyini iddia edən və dartsçı Lyuk Littleri video oyununa dəvət edən qeyri-adi mesajlar da yayımlanıb. Hakerlər paylaşımlarını “Liverpul”un “Mançester Yunayted” üzərində qazandığı 7:0 hesablı qələbəni əks etdirən tablo fotosu ilə bitiriblər, lakin sonradan bütün bu paylaşımlar hesabdan təmizlənib.



