FİFA referisi Kamal Umudlu Avropa çempionatına təyinat aldı

FİFA referisi Kamal Umudlu, 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrup oyunlarına təyinat alıb.

Sport-az.com AFFA-ya istinadən xəbər verir ki, Kamal Umudlu oktyabrın 23-də keçiriləcək İsveçrə – Moldova oyununda dördüncü hakim olacaq, oktyabrın 26-da İsveçrə – Monteneqro və oktyabrın 29-da Moldova – Monteneqro qarşılaşmalarında isə baş hakim funksiyasını yerinə yetirəcək.

Eyni zamanda, Vüsal Məmmədov bu qarşılaşmalarda köməkçi hakim olaraq fəaliyyət göstərəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni