Azərbaycan millisinin üzvü Nicat Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatında gümüş medal qazanıb.
Sport-az.com-in məlumatına görə, 51 kq çəki dərəcəsində mübarizə aparan idmançımız fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Bununla da, Azərbaycan yığmasının Sofiyadakı medal sayı üçə çatıb. Daha əvvəl Tural Sarıyev (48 kq) ikinci, Marjona Savriyeva (50 kq) isə üçüncü yeri tutmuşdu.
Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha bir boksçusu final qarşılaşmasında mübarizə aparacaq.



