More

    Ronaldu “Ən-Nəsr”in oyununı boykot edir: PIF-ə etiraz

    Kriştianu Ronaldu “Ən-Nəsr”in növbəti liqa matçında meydana çıxmaqdan imtina edib və qərarı ilə kluba və sahiblik modelinə narazılığını açıq şəkildə nümayiş etdirib.

    Portuqaliyanın “A Bola” nəşrində yer alan məlumata görə, ulduz hücumçu bu gün keçiriləcək “Ər-Riyad” qarşılaşmasını qəsdən buraxmağı planlaşdırır və bu, nə zədələ, nə də rotasiya ilə bağlı deyil.

    2023-cü ildən “Ən-Nəsr”in formasını geyinən 40 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədə qalır.

    PIF-ə və transfer siyasətinə narazılıq

    Xəbərlərdə bildirilir ki, Ronaldu xüsusilə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) klubu idarəetmə tərzindən narazıdır. O, eyni fondun nəzarətində olan digər klublarla – “Əl-Hilal”, “Əl-İttihad”, “Əl-Əhli” – müqayisədə “Ən-Nəsr”in investisiya baxımından geri planda saxlanıldığını düşünür.

    Məlumata görə, qış transfer pəncərəsində “Ən-Nəsr”in yalnız 21 yaşlı iraqlı yarımmüdafiəçi Heydər Əbdülkərimi heyətə qatması Ronaldu üçün narazılığın pik nöqtəsi olub, halbuki rəqiblər daha çox vəsait xərcləyərək heyətlərini gücləndirirlər.

    Bir sıra mənbələr Ronalduya yaxın dairələrə istinadla yazır ki, portuqaliyalı ulduz komandanın çempionluq iddialarına baxmayaraq, PIF-in klubun inkişafına kifayət qədər dəstək vermədiyini hesab edir və bu səbəbdən “Ər-Riyad”la görüşdə oynamamaqla “sinyal göndərmək” istəyir.

    Bununla yanaşı, Ronaldu PIF-in digər klublara, o cümlədən mümkün Kərim Benzema transferi ilə bağlı atdığı addımların rəqabət balansına təsirindən narazı olduğu bildirilir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni