Daha 5 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

Albaniyanın paytaxtı Tiranada davam edən güləş üzrə U-23 dünya çempionatında Azərbaycan milli komandası daha 5 yunan-Roma güləşçisi ilə mübarizəyə qoşulacaq.

“Sport-az”nun verdiyi məlumata görə, yarışların ikinci günündə 5 idmançımızdan ikisi təsnifat mərhələsindən, üçü isə 1/8 finaldan mübarizəyə başlayacaq.

  • 55 kq: Rəşad Məmmədov 1/8 finalda Denis Sullivan (ABŞ) – Dieymer Xose Reyes (Venesuela) duelinin qalibi ilə qarşılaşacaq.
  • 63 kq: Ziya Babaşov 1/8 finalda Mairbek Salimov (Polşa) – Conatan Qurule (ABŞ) görüşünün qalibi ilə mübarizə aparacaq.
  • 77 kq: Xasay Həsənli ilk mərhələdə Ermənistan təmsilçisi Martik Petrosyanla qarşılaşacaq.
  • 87 kq: Cocu Səmədov ilk rəqibi Adam Mateus Qardziola (Polşa) ilə mübarizə aparacaq.
  • 130 kq: Sərxan Məmmədov isə Pavel Hlinçukla (AİN) üz-üzə gələcək.

Qeyd edək ki, çempionatın ilk günündə xalçaya çıxan güləşçilərimizdən üçü bürünc medal uğrunda mübarizə şansını qoruyur. Dünya çempionatına oktyabrın 27-də yekun vurulacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni