More

    Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyunlarının vaxtı müəyyənləşdi

    Azərbaycan Kubokunun 2024/25-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin oyun cədvəli məlum olub.

    Sport-az.com-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, oyunlar 28, 29, 30 və 31 oktyabr tarixlərində keçiriləcək.

    Xəbərdə qeyd edilib ki, 2-ci liqa klublarının (“Ağdaş”, “Şahdağ Qusar”, “Dinamo”) stadionları Premyer Liqa klublarını qəbul etmək tələblərinə cavab vermədiyi üçün oyunlar Premyer Liqa klublarının stadionlarında baş tutacaq. Həmçinin, İmişli şəhər stadionunda aparılan təmir işləri səbəbindən “İmişli” – “Cəbrayıl” matçı Şamaxı OİK stadionunda keçiriləcək.

    Oyun cədvəli:

    28 oktyabr (bazar ertəsi)
    20:00. “Turan Tovuz” – “Haypers Guba”
    Tovuz şəhər stadionu

    29 oktyabr (çərşənbə axşamı)
    14:00. MOİK – “Şimal”
    “Kapital Bank Arena” (ehtiyat meydança)
    16:00. “Şahdağ Qusar” – “Araz-Naxçıvan”
    “Liv Bona Dea Arena”
    16:00. “Ağdaş” – “Kəpəz”
    Tovuz şəhər stadionu
    18:00. “Dinamo” – “Səbail”
    “ASCO Arena”

    30 oktyabr (çərşənbə)
    14:00. “Şamaxı” – “Şəmkir”
    Şamaxı şəhər stadionu
    14:00. “Mingəçevir” – “Zaqatala”
    Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu
    14:00. “Qaradağ Lökbatan” – “Karvan”
    Lökbatan OİK stadionu
    15:00. “Şəfa” – “Difai”
    “ASK Arena”

    31 oktyabr (cümə axşamı)
    14:00. “İmişli” – “Cəbrayıl”
    Şamaxı OİK stadionu
    15:00. “Qəbələ” – “Bakı Sportinq”
    Qəbələ şəhər stadionu

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni