Məşhur yarış jurnalları Formula-1 pilotlarının 2026-cı il mövsəmi qarşısında əsas maaşlarını açıqlayıb. Red Bullun strategiyasının əsasını təşkil edən Maks Verstappən 70 milyon dollarla siyahının birinci yerindədir.
Ferrarinin yeni ulduzu Lyuis Hamilton isə 60 milyon dollar baza maaş alır, lakin geniş bonus paketi ilə ümumi gəliri 100 milyon dollara yaxınlaşır.
Əsas maaş siyahısı:
- Maks Verstappən (Red Bull) – 70M$
- Lyuis Hamilton (Ferrari) – 60M$ (+bonuslarla 100M$)
- Şarl Lekler (Ferrari) – 34M$
- Corc Rassel (Mercedes) – 34M$
- Lando Norris (McLaren) – 30M$
- Fernando Alonso (Aston Martin) – 20M$
Ferrari və Mercedes kimi komandalar pilotlarına yüksək bonuslar verir, məsələn, yarış qələbələri, podiyumlar və çempionluq üçün əlavə ödənişlər. McLaren və Aston Martin isə orta səviyyədə qalır. Siyahının altındakı yeni başlayanlar, məsələn Racing Bulls pilotu Arvid Lindblad 0,5-1 milyon dollar arası qazanacaq.
Formula-1-in ümumi büdcə limiti komandaları məhdudlaşdırır, lakin pilot maaşları bundan kənardır və sponsorluqlarla dəstəklənir. Verstappen Red Bull ilə 2028-ə, Hamilton Ferrari ilə 2026-ya qədər müqaviləsi var.



