More

    NBA All-Star 2026: bütün oyunların nəticələri və icmalı

    Fevralın 16-na keçən gecə baş tutan 2026 NBA All-Star Matçı bu dəfə fərqli formatda keçirildi. Üç komanda – ABŞ Ulduzları, ABŞ ZolaqlılarDünya Yığması – dairəvi sistem üzrə bir-biri ilə qarşılaşdı, daha sonra ən yaxşı iki kollektiv final oyununda üz-üzə gəldi. Yeni sistem oyuna əlavə dinamika və rəqabət gətirdi.

    ABŞ Ulduzları – Dünya Yığması 37:35 (32:32, 5:3)

    Gərgin mübarizə şəraitində keçən açılış matçında əsas vaxt 32:32 hesabı ilə başa çatdı. Həlledici hissədə ABŞ Ulduzları daha dəqiq oynayaraq minimal üstünlük qazandı.

    ABŞ Ulduzlarında Entoni Edvards 13 xalla önə çıxdı. Devin Buker 5, Tayris Maksi və Keyd Kanninqem hərəyə 4 xal topladı.

    Dünya Yığmasında Viktor Vembanyama 14 xalla ən məhsuldar oyunçu oldu, Karl-Entoni Tauns isə sonradan qoşularaq 10 xal qazandırdı.

    ABŞ Zolaqlılar – ABŞ Ulduzları 42:40 (42:40)

    İkinci qarşılaşma da dramatik alındı. Ceylen Braun 11 xalla komandasının lideri oldu. LeBron Ceyms 8, Kavai Leonard və Kevin Durant hərəyə 5 xal əlavə etdilər.

    ABŞ Ulduzları heyətində Edvards və Kanninqem 11 xal toplasa da, son hücumlarda üstünlük rəqibdə qaldı.

    ABŞ Zolaqlılar – Dünya Yığması 48:45 (48:45)

    Bu oyunda Kavai Leonard möhtəşəm çıxışı ilə seçildi – 31 xal. Kevin Durant 7, Ceylen Brunson 8 xal topladı.

    Dünya Yığmasında Vembanyama 19, Camal Mürrey 8 xal qazandırdı. Oyun son saniyələrə qədər davam edən açıq hücum basketbolu ilə yadda qaldı.

    Final: ABŞ Zolaqlılar – ABŞ Ulduzları 21:47 (21:47)

    Həlledici görüşdə ABŞ Ulduzları tam üstünlük nümayiş etdirdi. Tayris Maksi 9, Edvards 8, Jalen Düren 6 xal topladı. Ehtiyatdan daxil olan Holmgren 8 xalla fərqləndi.

    Zolaqlılar heyətində LeBron Ceyms 5 xal qazandırsa da, komanda hücumda çətinlik yaşadı.

    Beləliklə, 2026 NBA All-Star həftəsonu yeni format və yüksək temp ilə diqqət çəkdi. Ulduz basketbolçuların fərdi bacarığı və açıq hücum oyunu azarkeşlərə maraqlı tamaşa bəxş etdi.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni