More

    U-19 Azərbaycan çempionatı başa çatdı: bütün qaliblər və mükafatçılar

    Gənc boksçular arasında keçirilən U-19 Azərbaycan çempionatına yekun vurulub. Yarışda ölkənin müxtəlif şəhər və rayonlarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 60 komandanın 276 idmançısı iştirak edib. Yeddi gün davam edən turnirdə oğlanlar arasında 10, qızlar arasında isə 5 çəki dərəcəsində qaliblər müəyyənləşib. Final görüşləri Bakı Boks Mərkəzində keçirilib.

    Oğlanların yarışında çempion olan idmançılar:

    • 50 kq: Əli Əliyev (Gəncə) – finalda Hüseyn Məhərrəmovu (“AZSport” BK) 5:0 hesabı ilə məğlub edib
    • 55 kq: Nihat Qasımov (RKİM) – Əli Mayılzadə (DİN İC) üzərində ikinci tam üstünlüklə qələbə
    • 60 kq: Əli Baxışov (“Dəmir Yumruq” BİK) – Toğrul Quliyev (“Qızıl əlcək” İK) 3:0
    • 65 kq: Şahin Aslanov (UGM-7) – Vüsal Xəlilov (RİM-1) 4:1
    • 70 kq: Rza Rzayev (Gəncə) – Adil Zalov (“Qızıl əlcək” İK) 5:0
    • 75 kq: Renat Qiyaslı (DİN İC) – Pünhan Qurbanlı (Şirvan) 5:0
    • 80 kq: İsmayıl Vəliyev (RKİM) – Fuad Abbasov (Sumqayıt) 5:0
    • 85 kq: Heydər Əzməmmədov (Sumqayıt) – Səid Bəkiyev (“Zərbə” BİK) birinci tam üstünlük
    • 90 kq: Zaur Səmədov (“Qızıl əlcək” İK) – Qulam Baxşıyev (Astara) ikinci tam üstünlük
    • +90 kq: Səfdər Məmmədzadə (“Neftçi” İKÇ) – Məhəmməd Cəfərov (Z-1 İK) 4:1

    Qızların mübarizəsində isə qızıl medal qazananlar bunlardır:

    • 48 kq – Banuçiçək Nəsirli
    • 51 kq – Əminə Tağı
    • 54 kq – Zəhra Məmmədova
    • 60 kq – Aynur İsmayılova
    • 70 kq – Dəniz Babayeva

    Bütün mükafatçılar:

    • 50 kq: 1. Əli Əliyev, 2. Hüseyn Məhərrəmov, 3. Hüseyn Quliyev, 3. Kərəm Qocayev
    • 55 kq: 1. Nihat Qasımov, 2. Əli Mayılzadə, 3. Aydın Qasımov
    • 60 kq: 1. Əli Baxışov, 2. Toğrul Quliyev, 3. Sübhan Babayev, 3. Əflatun İsmiyev
    • 65 kq: 1. Şahin Aslanov, 2. Vüsal Xəlilov, 3. Haqverdi Həsənov, 3. Tamerlan Əlimzanov
    • 70 kq: 1. Rza Rzayev, 2. Adil Zalov, 3. Valeh Eyvazlı, 3. Dəniz Zeynalov
    • 75 kq: 1. Renat Qiyaslı, 2. Pünhan Qurbanlı, 3. Sarvan Abdullazadə, 3. Cavidan Əliyev
    • 80 kq: 1. İsmayıl Vəliyev, 2. Fuad Abbasov, 3. Nicat İmanov, 3. İmamsalehizaman Salmanov
    • 85 kq: 1. Heydər Əzməmmədov, 2. Səid Bəkiyev, 3. Raul Mehdiyev, 3. Nail Abbasov
    • 90 kq: 1. Zaur Səmədov, 2. Qulam Baxşıyev, 3. Amir Abbasov, 3. Əli Məmmədzadə
    • +90 kq: 1. Səfdər Məmmədzadə, 2. Məhəmməd Cəfərov, 3. Sarvan Səlimli, 3. Cavid Babayev

    Komanda hesabında “Neftçi” İK 33 xalla birinci, Gəncə 31 xalla ikinci, “Qızıl əlcək” İK isə 29 xalla üçüncü olub. Ən yaxşı boksçu Nihat Qasımov, ən yaxşı hakim isə Ramiz Yaqnəliyev seçilib.

    Mükafatçılar milli komandanın heyətinə cəlb olunaraq beynəlxalq yarışlarda ölkəni təmsil edəcəklər.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni