UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşmaları keçirilib. Avropanın müxtəlif ölkələrində baş tutan oyunlar həm favoritlərin üstünlüyü, həm də gözlənilməz nəticələrlə yadda qalıb.
Türkiyənin “Samsunspor” klubu Şimali Makedoniyada “Şkendiya”nın qonağı olub və minimal hesablı qələbə qazanıb. Tək qol Türkiyə təmsilçisinə cavab görüşü öncəsi üstünlük verib.
Polşada keçirilən “Yagelloniya” – “Fiorentina” matçında isə İtaliya klubu 3 cavabsız qolla inamlı qələbə əldə edib.
Bosniya və Herseqovinada “Zrinski” ilə İngiltərənin “Kristal Pelas” komandaları 1:1 hesablı heç-heçə edib.
Pley-off mərhələsi – ilk oyunların nəticələri:
- “KuPS” (Finlandiya) – “Lex” (Polşa) – 0:2
- “Noa” (Ermənistan) – AZ (Niderland) – 1:0
- “Zrinski” (Bosniya və Herseqovina) – “Kristal Pelas” (İngiltərə) – 1:1
- “Siqma” (Çexiya) – “Lozanna” (İsveçrə) – 1:1
- “Yagelloniya” (Polşa) – “Fiorentina” (İtaliya) – 0:3
- “Şkendiya” (Şimali Makedoniya) – “Samsunspor” (Türkiyə) – 0:1
- “Drita” (Kosovo) – “Sele” (Sloveniya) – 2:3
- “Omoniya” (Kipr) – “Riyeka” (Xorvatiya) – 0:1
Ermənistanın “Noa” klubu AZ üzərində 1:0 hesablı qələbə ilə diqqət çəkib. Kosovo təmsilçisi “Drita” ilə Sloveniya klubu “Sele” arasında keçirilən görüş isə ən məhsuldar oyunlardan biri olub.
Qeyd edək ki, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək və növbəti mərhələyə yüksələcək komandalar həmin oyunlarda müəyyənləşəcək.



