UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə start götürüb və ilk oyunlar azarkeşlərə bol qollu, gərgin qarşılaşmalar bəxş edib.
Avropanın müxtəlif şəhərlərində keçirilən matçlar həm favoritlərin gücünü nümayiş etdirib, həm də gözlənilməz nəticələrlə diqqət çəkib. Xüsusilə Qlazqoda baş tutan oyun futbol ictimaiyyətinin diqqət mərkəzində olub.
“Seltik Park” stadionunda keçirilən görüşdə Almaniyanın “Ştutqart” klubu meydan sahiblərinə şans tanımayıb və 4:1 hesablı parlaq qələbə qazanıb. Almaniya təmsilçisi oyuna sürətli başlayaraq erkən üstünlük əldə edib və matç boyu təşəbbüsü əlində saxlayıb.
Bu nəticə cavab görüşü öncəsi “Ştutqart”a ciddi üstünlük qazandırır, “Seltik” isə səfərdə çətin tapşırıqla üzləşəcək. Hesabı 15-ci dəqiqədə Bilal El Hannus açıb.
21-ci dəqiqədə Benjamin Nyuqren tarazlığı bərpa etsə də, 28-ci dəqiqədə El Hannus yenidən fərqlənərək komandasını önə çıxarıb. 57-ci dəqiqədə Ceymi Levelinq üçüncü qolu vurub. Əlavə olunmuş vaxtda Tyaqo Tomas yekun hesabı müəyyənləşdirib.
Pley-off mərhələsi – ilk oyunların bütün nəticələri:
- “Dinamo Zaqreb” (Xorvatiya) – “Genk” (Belçika) 1:3
Qollar: Dion Belyo (44) – Brayan Heynen (15), Zakariya El-Uahdi (21, 90) - PAOK (Yunanıstan) – “Selta” (İspaniya) 1:2
Qollar: Aleksandr Yeremeyev (78) – İaqo Aspas (34), Villot Svedberq (43) - “Brann” (Norveç) – “Bolonya” (İtaliya) 0:1
Qol: Santyaqo Kastro (9) - “Fənərbağça” (Türkiyə) – “Nottingem Forest” (İngiltərə) 0:3
Qollar: Murilyo (21), İqor Jezus (43), Morqan Gibbs-Uayt (50) - “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) 2:1
Qollar: Kvadvo Dua (24), Son (67) – Yusuf Bamidele (27) - “Viktoriya” (Çexiya) – “Panatinaikos” (Yunanıstan) 2:2
Qollar: Endryus Tette (31, 61) – Denis Vişinski (11), Tomaş Ladra (80) - “Lill” (Fransa) – “Srvena Zvezda” (Serbiya) 0:1
Qol: Franklin Tebo Uçenna (45+1) - “Seltik” (Şotlandiya) – “Ştutqart” (Almaniya) 1:4
Qollar: Benjamin Nyuqren (21) – Bilal El Hannus (15, 28), Ceymi Levelinq (57), Tyaqo Tomas (90+)
Qeyd edək ki, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək və 1/8 finala yüksələcək komandalar həmin görüşlərdən sonra müəyyənləşəcək.



