Çempionlar Liqasında böyük intriqa: Dünənin dramatik nəticələri və bu gecənin həlledici oyunları

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin həyəcanı yüksəlməkdə davam edir. Ötən gün keçirilən cavab görüşləri həm gözlənilən, həm də sensasiyalı nəticələrlə yadda qalıb. Bu gün isə 1/8 finala yüksələcək son dörd komanda müəyyənləşəcək.

“Qarabağ” İngiltərədə minimal fərqlə uduzdu

Azərbaycan çempionu “Qarabağ” Aleksey Kaşukun çıxış etdiyi Nyukasl-ın qonağı olub. İlk matçda 1:6 hesabı ilə ağır məğlubiyyət alan komanda səfərdə daha istəkli çıxış etsə də, 2:3 hesabı ilə yenidən uduzub və mübarizəni dayandırıb. İngiltərə təmsilçisi ümumi hesabla mərhələ adlayan tərəf olub.

Dünən keçirilən cavab oyunları – nəticələr

Pley-off mərhələsinin dünənki oyunları aşağıdakı kimi yekunlaşıb:

  • “Atletiko” (İspaniya) – “Brügge” (Belçika) – 4:1 (İlk oyun 3:3),
  • “Nyukasl” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)- 3:2 ( İlk oyun: 6:1)
  • “Bayer 04” (Almaniya) – “Olimpiakos” (Yunanıstan)- 0:0 (İlk oyun: 2:0)
  • “İnter” (İtaliya) – “Budyo Qlimt” (Norveç) 1:2 (İlk oyun: 1:3)

Bu nəticələrlə “Atletiko”, “Bayer 04”, “Budyo Qlimt” və “Nyukasl” artıq 1/8 finala vəsiqəni təmin ediblər.

Bu gün pley-offa nöqtə qoyulur

Bu gecə daha dörd oyun keçiriləcək və mərhələ tam olaraq başa çatacaq. İlk matclardakı hesablar fonunda komandaların şansları maraqla müzakirə olunur.

UEFA Çempionlar Liqası — Pley-off, cavab görüşləri, 25 fevral:

  • 21:45 — “Atalanta” (İtaliya) – “Borussiya” Dortmund (Almaniya);İlk oyun: 0:2
  • 00:00 — PSJ (Fransa) – “Monako” (Fransa); İlk oyun: 3:2
  • 00:00 — “Yuventus” (İtaliya) – “Qalatasaray” (Türkiyə); İlk oyun: 2:5
  • 00:00 — “Real” (İspaniya) – “Benfika” (Portuqaliya); İlk oyun: 1:0

Gecənin bütün qarşılaşmaları böyük maraqla gözlənilir və 1/8 finalda hansı komandaların yer alacağı bu oyunlarla tam aydın olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni