More

    Rayan Reynolds Braziliyada yeni futbol klubu almağa yaxındır

    Hollivud ulduzu Rayan Reynolds futbol investisiyalarını genişləndirməyə hazırlaşır. Uelsin “Reksem” klubunda qazandığı uğurdan sonra aktyorun diqqəti bu dəfə Cənubi Amerikaya yönəlib.

    Məlumata görə, 49 yaşlı aktyor Braziliyanın köklü klublarından olan “Santa Kruz”u satın almağa yaxındır. Tərəflər arasında danışıqların son mərhələyə çatdığı və razılaşmanın yaxın günlərdə rəsmiləşə biləcəyi bildirilir. Əgər müqavilə baş tutarsa, Reynolds klubun yeni sahibi olacaq.

    “Reksem” modeli Braziliyada tətbiq oluna bilər

    Hazırda Braziliya C Seriyasında çıxış etməyə hazırlaşan “Santa Kruz” zəngin tarixi və geniş azarkeş bazası ilə seçilir.

    Lakin son illər klub maliyyə və idman nəticələri baxımından çətin dövr keçirib. Məhz bu səbəbdən Reynoldsun potensial investisiyası böyük maraq doğurur.

    Aktyor 2021-ci ildə “Reksem”i satın aldıqdan sonra klub qısa müddətdə aşağı liqalardan yüksələrək İngiltərə futbol piramidasında ciddi irəliləyiş əldə edib və aşağı liqalardan yüksələrək İngiltərə Liqa sistemində mövqeyini möhkəmləndirib.

    Həmin modelin – infrastrukturun gücləndirilməsi, marketinqin genişləndirilməsi və azarkeşlərlə aktiv əlaqənin – Braziliyada da tətbiq olunacağı gözlənilir.

    Reynoldsun yeni layihəsi həm Braziliya futbolu, həm də beynəlxalq idman biznesi üçün diqqət mərkəzindədir. Rəsmi açıqlamanın yaxın vaxtlarda verilməsi ehtimal olunur.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni