Henri Sejudo: Qeytjinin Topuriyanı məğlub etməsi daha böyük sürpriz olar

Keçmiş UFC çempionu Henri Sejudo İlija Topuriya ilə Castin Qeytji arasında gözlənilən döyüş barədə diqqətçəkən açıqlama verib. O hesab edir ki, Qeytcinin mümkün qələbəsi son illərin ən böyük sensasiyalarından biri kimi tarixə düşə bilər.

Sejudonun sözlərinə görə, hazırda pound-for-pound reytinqində ön sıralarda qərarlaşan Topuriya çox yüksək səviyyəli və demək olar ki, qüsursuz döyüşçüdür. Bu səbəbdən onun məğlub edilməsi böyük hadisə sayılacaq:

“İlija hazırda pound-for-pound siyahısında ikinci yerdədir. Əgər Castin Qeytji həqiqətən də məğlubedilməz, iki çəki dərəcəsində çempion olmuş və hətta üçüncü titul uğrunda döyüşə biləcək bir idmançını məğlub etsə, bu çox böyük nəticə olar”.

Topuriyanın üstünlüyü: universallıq

Sejudo həmçinin Topuriyanın döyüş keyfiyyətlərini yüksək qiymətləndirərək onu daha universal döyüşçü kimi xarakterizə edib. Onun fikrincə, Topuriya müxtəlif aspektlərdə rəqiblərindən üstün görünür:

“Əgər yalnız istedad baxımından müqayisə etsək, İlija Topuriya İsrail Adesanyadan daha çoxşaxəli döyüşçüdür. O, həm submission texnikalarına malikdir, həm rəqibin güləşinə qarşı müdafiəsi güclüdür, həm də özü takedown edə bilir. Üstəlik, çox güclü zərbələrə sahibdir”.

Məhz bu səbəbdən Sejudo hesab edir ki, Qeytcinin belə bir rəqibi məğlub etməsi Şon Striklendin vaxtilə İsrail Adesanyanı məğlub etməsindən daha böyük sürpriz kimi qiymətləndiriləcək:

“Bəli, məncə, Castin Qeytji İlija Topuriyanı məğlub etsə, bu, Şon Striklendin Adesanyanı udmasından daha böyük hadisə olacaq”.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni