A Seriyası: “İnter” yeddi qollu matçda “Roma”nı darmadağın etdi

İtaliya A Seriyasının 31-ci turunda “İnter” öz meydanında “Roma”nı böyük hesabla məğlub edib. Sport-az.com xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Lautaro Martines dubl edib (1-ci və 52-ci dəqiqələr). Digər qollara isə Hakan Çalhanoğlu (45+2), Markus Türam (55) və Nikolo Barella (63) imza atıblar.

Qonaqların heyətində Canluka Mançini (40) və Lorenzo Pelleqrini (70) fərqlənə biliblər. Hazırda aktivində 72 xal olan “İnter” İtaliya çempionatının turnir cədvəlinə liderlik etməkdə davam edir. “Roma” isə 54 xalla altıncı pillədə qərarlaşıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni