Daha əvvəl xəbər verildiyi kimi, “Real Madrid” 2025/26 mövsümündə həm Xabi Alonso, həm də Alvaro Arbeloanın rəhbərliyi altında bütün turnirlər daxil olmaqla hərəyə 5 məğlubiyyət yaşayıb. Lakin statistikaya diqqət yetirsək, Alonsonun bu 5 məğlubiyyəti 28 matçda, Arbeloanınkı isə cəmi 18 oyunda qeydə alınıb.
Bəs “Kral Klubu” bu mövsüm kimlərə uduzub? Rəqiblərin statusuna görə müqayisə maraqlı mənzərə yaradır.
Alvaro Arbeloanın rəhbərliyi altında “Real”ın məğlubiyyətləri (5)
Arbeloanın dönəmində “Madrid” əsasən turnir cədvəlinin orta və aşağı pillələrində qərarlaşan komandalara və gözlənilməz rəqiblərə xal itirib:
- La Liqa: “Malyorka” – “Real” — 2:1
- La Liqa: “Real” – “Xetafe” — 0:1
- La Liqa: “Osasuna” – “Real” — 2:1
- Çempionlar Liqası: “Benfika” – “Real” — 4:2
- İspaniya Kuboku: “Albasete” – “Real” — 3:2
Xabi Alonsonun rəhbərliyi altında “Real”ın məğlubiyyətləri (5)
Xabi Alonsonun dönəmindəki məğlubiyyətlər isə Avropanın və İspaniyanın nəhəngləri ilə oyunlara təsadüf edib:
- İspaniya Superkuboku: “Barselona” – “Real” — 3:2
- Çempionlar Liqası: “Real” – “Mançester Siti” — 1:2
- La Liqa: “Real” – “Selta” — 0:2
- Çempionlar Liqası: “Liverpul” – “Real” — 1:0
- La Liqa: “Atletiko” – “Real” — 5:2
Göründüyü kimi, Alonsonun rəhbərliyi altında “Real” daha yüksək statuslu rəqiblərlə qarşılaşmalarda büdrəyib. Arbeloanın dönəmində isə komanda daha çox autsayderlər və gözlənilməz rəqiblər qarşısında aciz qalıb.



