“Mançester Siti”nin məşqçilər heyətinin üzvü Pepeyn Leynders portuqaliyalı yarımmüdafiəçi Bernardu Silvanın yayda komandadan ayrılacağını rəsmən açıqlayıb.
Leynders futbolçunun gedişi ilə bağlı bu fikirləri səsləndirib:
“O, meydanda olmayanda yoxluğu dərhal hiss olunur, halbuki söhbət cəmi bir matçdan gedir. Lakin hər bir gözəl hekayənin sonu var. Ümid edirəm ki, o, qalan son aylardan — cəmi altı həftə vaxt qalıb — həzz alacaq və komanda ilə layiqincə vidalaşacaq. O, bütün bu diqqətə layiqdir”.
Təcrübəli yarımmüdafiəçi ilə İngiltərə nəhəngi arasındakı müqavilə cari mövsümün sonunda başa çatır. Bernardu Silva bu mövsüm “şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla 42 matça çıxıb. Portuqaliyalı ulduz bu oyunlarda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.



