İngiltərə Kubokunun (FA Cup) 2025/2026 mövsümünün 1/2 final mərhələsinin püşkatma nəticələri açıqlanıb.
Sport-az.com xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Yarımfinal mərhələsində aşağıdakı komandalar üz-üzə gələcək:
- “Çelsi” — “Lids Yunayted”
- “Mançester Siti” — “Sauthempton”
Bu mərhələnin oyunlarının aprelin 25-i və 26-da keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, 1/4 final mərhələsində “Mançester Siti” “Liverpul”u darmadağın edib (4:0), “Çelsi” “Port Veyl” üzərində böyükhesablı qələbə qazanıb (7:0), “Sauthempton” “Arsenal”dan üstün olub (2:1), “Lids Yunayted” isə “Vest Hem”i penaltilər seriyasında mübarizədən kənarlaşdırıb (2:2, pen. 4:2).



