Dünya futbolunun ən nüfuzlu fərdi mükafatı olan Ballon d’Or üçün 2026-cı ildə qalibin müəyyənləşdirilməsi qaydaları yenilənib. Yeni sistemə əsasən, ekspertlər artıq yalnız statistik göstəricilərə deyil, futbolçunun oyuna real təsirinə də xüsusi önəm verəcəklər.
Yenilənmiş meyarlar səsvermə prosesini daha kompleks və balanslı etməyə yönəlib. Bu dəyişikliklər nəticəsində həm fərdi ustalıq, həm də komanda uğurları paralel şəkildə qiymətləndiriləcək.
Qalibi müəyyən edən əsas meyarlar
- Komanda uğurları və qazanılan kuboklar
Futbolçunun həm klub, həm də milli komanda ilə əldə etdiyi nailiyyətlər əsas faktor olaraq qalır. Xüsusilə Çempionlar Liqası, yerli çempionatlar və 2026-cı il Dünya Çempionatı kimi turnirlərdə qazanılan titullar namizədin şansını əhəmiyyətli dərəcədə artıracaq. - Fərdi səviyyə və oyuna ümumi təsir
Artıq yalnız qol və assist statistikası kifayət etməyəcək. Futbolçunun meydanda fərq yaratmaq bacarığı, oyunun gedişatına təsiri və komanda yoldaşlarına verdiyi töhfə də əsas qiymətləndirmə meyarları sırasındadır. - Peşəkarlıq və “feyr-pley” prinsipləri
Səsvermə zamanı futbolçunun davranışı da diqqət mərkəzində olacaq. Meydandakı və meydandan kənardakı intizam, rəqibə hörmət və ümumi peşəkarlıq səviyyəsi əlavə üstünlük kimi nəzərə alınacaq. - Böyük oyunlardakı performans
Xüsusilə yüksək təzyiqli və taleyüklü qarşılaşmalarda göstərilən çıxış mühüm rol oynayacaq. Top komandalarla oyunlarda liderlik nümayiş etdirən futbolçular daha yüksək qiymətləndiriləcək.
Bu dəyişikliklər göstərir ki, artıq “Qızıl top” yalnız statistik göstəricilərə əsaslanan mükafat olmayacaq. Yeni yanaşma futbolçunun hərtərəfli keyfiyyətlərini nəzərə alaraq daha obyektiv nəticələrin əldə olunmasına xidmət edir.



