Peşəkar boks dünyasında ən nüfuzlu nəşrlərdən biri olan “The Ring” jurnalı ağır çəki üzrə yenilənmiş reytinqini təqdim edib. Siyahının zirvəsində isə dəyişiklik olmayıb – Oleksandr Usyk yenə də çempion kimi mövqeyini qoruyur.
Ukraynalı boksçu hazırda WBA, WBC və IBF versiyaları üzrə dünya çempionu olmaqla yanaşı, “The Ring” kəmərinin də sahibidir. O, siyahının rəsmi çempionu kimi reytinq cədvəlindən kənarda göstərilsə də, ümumi lider hesab olunur.
Fyurinin qayıdışı və ilk “üçlük”
Son dəyişikliklər əsasən Tyson Fury-nin qələbəsi ilə bağlıdır. Britaniyalı boksçu Arslanbek Maxmudov üzərində qazandığı uğurdan sonra yenidən reytinqə daxil olaraq üçüncü pilləyə yüksəlib.
İlk iki pillədə isə dəyişiklik baş verməyib. Britaniyalı Fabio Uordli birinci sırada qərarlaşıb. O, ötən ilin noyabrında WBO titulunu qazanaraq zirvəyə yüksəlmişdi. İkinci pillədə isə Almaniyanı təmsil edən Ağıt Kabayel yer alır.
Aşağı pillələrdə də tanınmış adlar mövqelərini qoruyur. Daniel Dubua dördüncü, Filip Hrgoviç isə beşinci sırada qərarlaşıb.
Ağır çəki üzrə TOP-10 siyahısı “The Ring” versiyasına görə hazırkı reytinq belədir:
Çempion — Oleksandr Usık (Ukrayna, 24-0-0, 15 KO)
- Fabio Uordli (Böyük Britaniya, 20-0-1, 19 KO)
- Ağıt Kabayel (Almaniya, 27-0-0, 19 KO)
- Tayson Fyuri (Böyük Britaniya, 35-2-1, 24 KO)
- Daniel Dubua (Böyük Britaniya, 22-3-0, 21 KO)
- Filip Hrgoviç (Xorvatiya, 19-1-0, 14 KO)
- Moses Itauma (Böyük Britaniya, 14-0-0, 12 KO)
- Martin Bakole (Konqo DR, 21-2-1, 16 KO)
- Efe Ajagba (Nigeriya, 21-1-1, 14 KO)
- Riçard Torres Jr. (ABŞ, 14-0-0, 12 KO)
- Murat Qassiyev (Ermənistan, 33-2-0, 26 KO)
Qeyd edək ki, Oleksandr Usyk sonuncu dəfə 2025-ci ilin iyulunda rinqə çıxıb və həmin döyüşdə Daniel Dubuanı nokaut edərək karyerasında üçüncü dəfə mütləq dünya çempionu titulunu qazanıb. O, əvvəlcə bu uğuru yarımağır çəkidə, daha sonra isə iki dəfə ağır çəkidə təkrarlayıb.
Hazırkı reytinq göstərir ki, ağır çəkidə rəqabət daha da güclənir və yaxın aylarda yeni böyük döyüşlərin baş tutacağı gözlənilir.



