Dübua Uordli ilə döyüş öncəsi iddialı danışdı: “Bu səviyyədə rəqiblə qarşılaşmayıb”

Ağır çəkidə maraqla gözlənilən qarşılaşmalardan biri mayın 9-da Mançesterdə baş tutacaq. Keçmiş dünya çempionu Daniel Dübua WBO kəmərinin hazırkı sahibi Fabio Uordli ilə rinqə çıxacaq. Britaniyalı boksçuların dueli artıq indidən böyük maraq doğurur və tərəflərin açıqlamaları gərginliyi daha da artırır.

Dübua qarşıdakı döyüş öncəsi çıxışında rəqibinə hörmətlə yanaşsa da, öz üstünlüyünə tam əmin olduğunu gizlətməyib. Onun fikrincə, Uordli indiyə qədər ciddi sınaqlarla üzləşməyib və qarşıdakı qarşılaşma onun üçün tam fərqli səviyyədə olacaq.

Daniel Dübua bildirib ki, Uordli karyerası ərzində uğurlu çıxış etsə də, hələ onun səviyyəsində rəqiblə üz-üzə gəlməyib:

“İndiyədək onun yolunda müəyyən qədər şans amili də rol oynayıb. Amma indi hər şey daha ciddi olacaq. Mənim səviyyəmdə rəqiblə o, hələ qarşılaşmayıb”.

Britaniyalı boksçu rəqibinin nailiyyətlərini də qeyd edərək onun bütün rəqiblərinə qalib gəldiyini vurğulayıb. Bununla belə, Dübua hesab edir ki, qarşıdakı döyüşdə təşəbbüs tam şəkildə onun tərəfində olacaq.

Dübua çıxışında öz təcrübəsinin həlledici rol oynayacağını xüsusi qeyd edib. Onun sözlərinə görə, keçdiyi çətin döyüşlər və qazandığı təcrübə bu qarşılaşmada əsas üstünlük olacaq:

“Mən artıq bu idmanda lazım olan hər şeydən keçmişəm. Zərbələr almışam, çətinliklər yaşamışam, amma bütün bunlar məni daha güclü edib. Artıq tam hazır vəziyyətdəyəm”.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni