NBA-də pley-off mərhələsinin ikinci raundu çərçivəsində növbəti oyun gecəsi baş tutub. Gecənin qarşılaşmalarında “Detroit” doğma meydanda inamlı oyun nümayiş etdirərək seriyaya qələbə ilə start verib, “Oklahoma” isə “Lakers” üzərində üstün performansla önə keçib. Hər iki matçda ilk hissədə əldə olunan üstünlük oyunun taleyində həlledici rol oynayıb.
“Detroit” – “Cleveland” duelində meydan sahibləri ilk rübü 37:21 hesabı ilə qazanaraq erkən üstünlük əldə edib. Qonaqlar üçüncü hissədə fərqi azaltmağa çalışsa da, son rübdə “Pistons” yenidən təşəbbüsü ələ alaraq qələbəni təmin edib. Digər görüşdə “Oklahoma” mərhələli şəkildə üstünlüyünü artıraraq oyunun sonuna qədər tempini qoruyub və “Lakers”ə şans verməyib.
5 may tarixinin nəticələri
Detroit – Cleveland – 111:101 (37:21, 22:25, 24:30, 28:25)
- Detroit: Kanningem (23 + 7 ötürmə), Harris (20 + 8 ribaund), D. Robinson (19), Düren (11 + 12 ribaund), Thompson (11 + 8 ribaund) — start; Jenkins (12 + 7 ribaund), Styuart (6), Holland (6), Green (3), LeVert (0).
- Cleveland: Mitçell (23), Harden (22 + 8 ribaund + 7 ötürmə + 7 itki), E. Mobli (14 + 9 ribaund), Veyd (5), Allen (2) — start; Strus (19), Şröder (9), Bryant (4), Ellis (3), Tyson (0), Merril (0).
Seriyada hesab — 1-0
Oklahoma – Lakers – 108:90 (31:26, 30:27, 23:19, 24:18)
- Oklahoma: Holmgren (24 + 12 ribaund), Gildjes-Aleksander (18 + 6 ötürmə + 7 itki), Mitçell (18), Hartenştayn (8 + 9 ribaund), Dort (6) — start; Makkain (12), Co (9), Karuzo (5), Uolles (5), Ceylin Uilyams (3 + 7 ribaund), Viqqins (0), K. Uilyams (0).
- Lakers: Ceyms (27 + 6 ötürmə), Hachimura (18), Smart (12 + 7 ötürmə), Eyton (10 + 12 ribaund), Rivz (8 + 6 ötürmə) — start; Kennard (7), Lareviya (3), Heys (3), Vanderbildt (2), Tyero (0), Ceyms Jr. (0), Knecht (0), Smith (0).
Seriyada hesab — 1-0



