NBA pley-offunda “San Antonio” rəqibini darmadağın etdi

NBA-də pley-off mərələsinin ikinci raund oyunları davam edir. Mayın 13-nə keçən gecə keçirilən qarşılaşmada “San Antonio Spurs” doğma azarkeşləri önündə “Minnesota Timberwolves”u böyük fərqlə məğlub edib.

Görüş ərzində üstün oyun nümayiş etdirən meydan sahibləri bütün periodlarda rəqibdən daha effektiv çıxış edərək 126:97 hesablı qələbə qazanıblar. Bu nəticə ilə Texas təmsilçisi seriyada hesabı 3:2-yə çatdıraraq üstünlüyü ələ alıb.

“Spurs”un gənc ulduzu Viktor Vembanyama növbəti dəfə komandasının əsas fiquru olub. Fransalı basketbolçu həm hücumda, həm də ribaundlarda məhsuldar performans sərgiləyib. “Minnesota” isə müdafiədə ciddi problemlər yaşayıb və oyunun tempinə uyğunlaşa bilməyib.

NBA pley-offu, 12 may

“San Antonio” – “Minnesota” – 126:97

(34:30, 25:17, 32:26, 35:24)

“San Antonio”: Vembanyama (27 + 17 ribaund), Foks (18), Kasl (17 + 6 assist), Vassel (12), Şampeni (8) — start; K.Conson (21), Harper (12 + 10 ribaund), Brayan (3), Olinik (3), Uoters (3), Biyombo (2), Maklaflin (0), Kornet (0), Barns (0).

“Minnesota”: Edvards (20), Rendl (17 + 10 ribaund), Makdeniels (17), Dosunmu (16 + 9 ribaund), Qober (4) — start; Rid (12), Konli (5), Beranje (3), Şennon (2), Anderson (1), Haylend (0), Klark (0), Fillips (0).

Seriyada hesab — 3:2

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni