NBA-də pley-off mərhələsi davam edir və mayın 21-nə keçən gecə növbəti maraqlı qarşılaşma baş tutub. Qərb Konfransında yarımfinal mərhələsi çərçivəsində “Oklahoma-Siti” öz meydanında “San-Antonio”nu qəbul edib.
İlk oyunda məğlub olan meydan sahibləri bu dəfə daha inamlı təsir bağışlayaraq vacib qələbə qazanıblar. Gərgin və tempolu keçən görüşün yekununda “Oklahoma-Siti” 122:113 hesabı ilə qalib gəlib və seriyada tarazlığı bərpa edib – 1:1.
Görüşün ilk hissəsi bərabər mübarizə şəraitində keçib. İlk rüb 31:31 hesabı ilə yekunlaşsa da, ikinci rübdə “Oklahoma-Siti” təşəbbüsü ələ alaraq fasiləyə üstün yollanıb. Üçüncü hissədə “San-Antonio” geri dönüş etməyə çalışsa da, son rübdə meydan sahibləri oyuna nəzarəti itirməyiblər.
“Oklahoma-Siti”nin lideri Şay Gilces-Aleksander 30 xal və 9 məhsuldar ötürmə ilə komandasını irəli aparıb. Rəqib heyətdə isə Viktor Vembanyama 21 xal, 17 ribaund və 4 blokla fərqlənsə də, bu performans komandasını xilas etməyə kifayət etməyib.
NBA pley-offu, 20 may
Oklahoma-Siti – San-Antonio – 122:113
(31:31, 31:20, 34:37, 26:25)
Oklahoma-Siti: Gilces-Aleksander (30 + 9 ötürmə), Holmgren (13), Hartenştayn (10 + 13 ribaund), Dort (8), Ceylen Uilyams (4) – start heyəti; Karuzo (17), Makkeyn (12), Uolles (12), Mitçell (10), Ceylin Uilyams (6), Viggins (0), Co (0).
San-Antonio: Kasl (25 + 8 ötürmə + 9 top itkisi), Vassell (22), Vembanyama (21 + 17 ribaund + 6 ötürmə + 4 blok), Harper (12), Şempəni (8) – start heyəti; K. Conson (10), Maklaflin (6), Barns (5), Kornet (4), Brayant (0).
Seriyada hesab – 1:1




