Yannis Adetokunbo: “Final Four hər il Afinada keçirilməlidir”

NBA ulduzu Yannis Adetokunbo Avroliqanın Final Four turnirindən sonra verdiyi açıqlama ilə diqqət çəkib. “Milwaukee Bucks”ın lideri Afinadakı basketbol atmosferindən heyran qaldığını bildirib və Final Four-un gələcək illərdə də Yunanıstan paytaxtında təşkil olunmasının tərəfdarı olduğunu deyib.

“Olimpiakos”un doğma azarkeşləri önündə Madrid “Real”ını 92:85 hesabı ilə məğlub edərək Avroliqanın 2026-cı il çempionu olması turnirə xüsusi rəng qatıb. Bununla da Yunanıstan klubu 13 illik fasilədən sonra yenidən Avropanın ən güclüsü adına sahib çıxıb. “Olimpiakos” daha əvvəl 1997, 2012 və 2013-cü illərdə də kuboku qazanmışdı.

Yannis Adetokunbo: “Final Four hər il Afinada keçirilməlidir”

Atmosfer inanılmaz idi. Məncə, Final Four hər il Afinada keçirilməlidir”, – deyə Adetokunbo bildirib.

“Olimpiakos” tarix yazdı

Yunan təmsilçisi bu uğurla Avroliqada mühüm rekorda da imza atıb. Komanda 2016/17 mövsümündən tətbiq olunan yeni liqa formatı dövründə müntəzəm mövsümü lider tamamlayıb sonda çempion olan ilk klub kimi tarixə düşüb.

Final matçı həm də “Real”dan revanş xarakteri daşıyıb. Madrid klubu 2023-cü ildə Kaunasda keçirilən finalda Serxio Lyulun son saniyə səbəti ilə “Olimpiakos”u 79:78 hesabı ilə məğlub etmişdi. Bu dəfə isə Afina təmsilçisi doğma tribunalarda fərqli ssenari yazdı.

Turnirin yarımfinalında “Fənərbağça Beko”nu da məğlub edən “Olimpiakos” azarkeşlərinin yaratdığı atmosfer Avropa basketbolunda son illərin ən yaddaqalan mənzərələrindən biri kimi qiymətləndirilib.

Adetokunbo da bunu xüsusi vurğulayıb:

“Mən çox Final Four görmüşəm, amma belə atmosferə ilk dəfə şahid oldum”, – deyə yunan basketbolçu əlavə edib.

Qeyd edək ki, Avroliqanın ən titullu komandası olan Madrid “Real”ı turnir tarixində 11-ci dəfə final məğlubiyyəti yaşayıb. İspaniya nəhəngi indiyədək 11 dəfə də çempion olmağı bacarıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni