Bu gün UEFA Konfrans Liqasının 2025/26 mövsümünün qalibi müəyyənləşəcək. Həlledici qarşılaşmada İngiltərənin “Kristal Pelas” klubu ilə İspaniya təmsilçisi “Rayo Valyekano” üz-üzə gələcək.
Final oyunu Almaniyanın Leypsiq şəhərində yerləşən “Red Bull Arena” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşü italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.
Hər iki komanda turnirin cari mövsümündə sabit çıxışı ilə diqqət çəkib. “Kristal Pelas” xüsusilə hücum xəttində effektiv oyunu ilə finala qədər irəliləməyi bacarıb. London təmsilçisi Avropa kuboklarında tarixində ilk dəfə belə böyük final matçına çıxır.
“Rayo Valyekano” tarix yazmağa çalışır
Madrid klubu olan “Rayo Valyekano” isə uzun fasilədən sonra avrokuboklarda uğurlu nəticə göstərərək final mərhələsinə yüksəlib. Komanda yarımfinalda nümayiş etdirdiyi intizamlı futbol və müdafiə oyunu ilə diqqət çəkmişdi.
UEFA Konfrans Liqasının qalibi növbəti mövsüm UEFA Avropa Liqasının əsas mərhələsində iştirak hüququ əldə edəcək. Bu səbəbdən qarşılaşma hər iki klub üçün böyük əhəmiyyət daşıyır.
UEFA Konfransa Liqası – Final (27 may):
23:00. “Kristal Pelas” (İngiltərə) – “Rayo Valyekano” (İspaniya)
- Baş hakim: Mauritsio Mariani (İtaliya).
- Leypsiq. “Red Bull Arena”




