“San Antonio” seriyanı xilas etdi: Finalçı son oyunda müəyyənləşəcək

NBA-də Qərb Konfransının final seriyasında intriqa son həddə çatıb. “San Antonio Spurs” altıncı oyunda “Oklahoma City Thunder” üzərində inamlı qələbə qazanaraq seriyada hesabı bərabərləşdirib və finala vəsiqənin taleyini yeddinci matça daşıyıb.

Öz meydanında çıxış edən Texas təmsilçisi ilk dəqiqələrdən üstün oyun nümayiş etdirib. Xüsusilə üçüncü periodda rəqibinə cəmi 13 xal imkanı verən “Spurs” oyunun taleyini praktiki olaraq həll edib. Nəticədə qarşılaşma meydan sahiblərinin 118:91 hesablı qələbəsi ilə başa çatıb.

Vembanyama yenə komandasını irəli apardı

“San Antonio”nun heyətində Viktor Vembanyama növbəti dəfə əsas qəhrəman olub. Fransalı ulduz 28 xal və 10 ribaundla komandasının ən məhsuldar basketbolçusu seçilib. Stefon Kasl 17 xal və 9 məhsuldar ötürmə ilə fərqlənib, ehtiyat oyunçular skamyasından meydana daxil olan Dilan Harper isə 18 xal toplayıb.

“Oklahoma”da isə Şey Gildjes-Aleksanderin 15 xalı məğlubiyyətin qarşısını almaq üçün kifayət etməyib.

NBA pley-offu, Qərb Konfransının finalı

“San Antonio” – “Oklahoma City” 118:91

(35:22, 25:31, 32:13, 26:25)

San Antonio: Vembanyama (28 xal, 10 ribaund), Kasl (17 xal, 9 məhsuldar ötürmə), Vassell (12), Şampeni (10), Foks (5 xal, 7 məhsuldar ötürmə) – start heyəti; Harper (18), K.Conson (9), Olinik (6), Barns (6), Kornet (3), Brayant (2), Uoters (2), Biyombo (0), Maklaflin (0), Plamli (0).

Oklahoma City: Gildjes-Aleksander (15), Makkeyn (13 xal, 6 məhsuldar ötürmə), Holmqren (10 xal, 11 ribaund), Hartenştayn (10), Dort (5) – start heyəti; Uolles (11), Karuzo (7), K.Uilyams (7), Uiggins (5), Ceylin Uilyams (4 xal, 9 ribaund), Co (3), Ceylen Uilyams (1), Topiç (0).

Seriyada hesab: 3-3

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni