Messi 69 illik rekordu yenilədi: Argentina millisində yeni tarix yazıldı

Argentina millisinin kapitanı Lionel Messi növbəti dəfə futbol tarixinə düşməyi bacarıb. Təcrübəli hücumçu İslandiyaya qarşı keçirilən yoldaşlıq görüşündə fərqlənərək uzun illərdir dəyişməyən milli rekordlardan birini geridə qoyub.

“Ole” nəşrinin məlumatına görə, Argentina yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada qol vuran Messi milli komandadakı qollarının sayını 117-yə çatdırıb. Bu qolu vurarkən onun yaşı 38 il 350 gün olub.

Bu göstərici sayəsində Messi Argentina millisinin tarixində ən yaşlı yaşda qol vuran futbolçu rekordunu ələ keçirib. Buna qədər rekord 1957-ci ildən etibarən Anxel Labrunaya məxsus idi.

Labruna milli komandadakı son qolunu 38 yaş 282 günlük olarkən vurmuşdu. Beləliklə, Messi düz 69 il qüvvədə qalan rekordu yeniləyərək Argentina futbol tarixində daha bir əlamətdar nailiyyətə imza atıb.

Əfsanənin rekordları davam edir

Lionel Messi artıq uzun illərdir Argentina millisinin ən məhsuldar futbolçusu statusunu daşıyır. 2022-ci il dünya çempionu olan ulduz futbolçu milli komandanın heyətində qazandığı uğurlarla yanaşı, fərdi rekordlarını da artırmağa davam edir.

Maraqlıdır ki, Argentina millisində meydana çıxan ən yaşlı futbolçu rekordu hələ də Anxel Labrunanın adına yazılıb. O, yığmada son oyununa çıxarkən 39 yaş 260 günlük idi. Buna baxmayaraq, qol rekordu artıq tamamilə Messiyə məxsusdur və bu göstəricinin yaxın illərdə yenilənməsi çətin görünür.

Messi 69 illik rekordu yenilədi: Argentina millisində yeni tarix yazıldı

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni