Futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi 2026-cı il Dünya Çempionatı bu gün start götürür. Tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə keçirilən mundialın açılış matçında ev sahiblərindən biri olan Meksika yığması Cənubi Afrika Respublikası ilə qarşılaşacaq.
Açılış oyunu Mexiko şəhərində yerləşən və mundial üçün yenilənmiş “Mexico City Stadium” arenasında keçiriləcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Görüşü FIFA-nın tanınmış hakimlərindən olan braziliyalı Vilton Sampaio idarə edəcək.
A qrupunda ilk mübarizə başlayır
Meksika və Cənubi Afrika yığmaları A qrupunda yer alıblar. Qrupun digər iştirakçıları isə Koreya Respublikası və Çexiya milliləridir. İlk turun nəticələri qrupdakı qüvvələr nisbətinə ciddi təsir göstərə bilər.
2026 Dünya Çempionatı bir sıra yeniliklərlə yadda qalacaq. İlk dəfə 48 komandanın mübarizə aparacağı turnirdə ümumilikdə 1248 futbolçu iştirak üçün sifariş olunub. Yeni format sayəsində daha çox ölkə mundialda təmsil olunmaq imkanı əldə edib.
Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Dünya çempionatının tarixində ilk dəfə üç ölkə birlikdə yarışa ev sahibliyi edir. Matçlar Şimali Amerikanın müxtəlif şəhərlərində təşkil olunacaq və milyonlarla azarkeşin diqqət mərkəzində olacaq. Üç ölkənin ev sahibliyi etdiyi ilk mundial




