Mbappe DÇ-2026-da dörd rekordun astanasında: Fransa ulduzu tarix yaza bilər

Fransa millisinin kapitanı və Madrid “Real”ının hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatında bir neçə tarixi göstəricini yeniləmək şansı qazanıb. 27 yaşlı forvard artıq mundiallar tarixinin ən məhsuldar futbolçularından biri hesab olunur və qarşıdakı turnirdə rekordlar siyahısını genişləndirə bilər.

Mbappenin Fransa yığmasındakı qol hesabı hazırda 56-dır. Millinin tarixində ən çox qol vuran futbolçu isə 57 qolla Olivye Jirudur. Hücumçu DÇ-2026 zamanı iki dəfə fərqlənərsə, Fransa millisinin bütün dövrlər üzrə ən yaxşı bombardiri adına sahib çıxacaq.

Dünya çempionatlarında yeni zirvələr

Mbappe dünya çempionatlarında keçirdiyi 14 oyunda 12 qol vurub. Fransa futbolu tarixində mundiallarda ən çox qol rekordu isə 13 qolla əfsanəvi Jüst Fontenə məxsusdur. Daha iki qol vuracağı təqdirdə “xoruzlar”ın ulduzu bu göstəricidə də yeni rekord müəyyənləşdirəcək.

Bundan əlavə, dünya çempionatları tarixinin ümumi bombardirlər siyahısında ilk pillədə Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze qərarlaşıb. Onun hesabında 16 qol var. Mbappe hazırkı 12 qolluq göstəricisini daha beş dəfə artırarsa, mundialların ən məhsuldar futbolçusu kimi tarixə düşəcək.

Əgər Fransa millisi yenidən finala yüksəlsə və Mbappe həmin oyunda qol vurmağı bacarsa, o, dünya çempionatlarının final matçlarında beş qol vuran ilk futbolçu olacaq. Bu isə onun adını futbol tarixində daha da xüsusi yerə daşıya bilər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni