Ronaldu qələbə gətirə bilmədi, İngiltərə isə 6 qolluq oyunda üstün oldu

2026-cı il dünya çempionatında növbəti oyun gününün diqqətçəkən qarşılaşmalarında Portuqaliya gözlənilməz xal itkisi ilə üzləşib, İngiltərə isə məhsuldar oyunda Xorvatiyanı məğlub edib. K və L qruplarında keçirilən görüşlər azarkeşlərə bol qol və gərgin mübarizə təqdim edib.

Portuqaliya qələbəni əldən verdi

K qrupunun ilk turunda Portuqaliya millisi ABŞ-ın Hyuston şəhərində yerləşən “NRG Stadium”da Konqo Demokratik Respublikası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunda hesab erkən açılıb. Ruben Neveş 6-cı dəqiqədə portuqaliyalıları önə çıxarsa da, Afrika təmsilçisi fasiləyə saniyələr qalmış tarazlığı bərpa edib. Yoan Vissa 45+5-ci dəqiqədə komandasına vacib qol qazandırıb.

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo matçı sonadək keçirsə də, fərqlənə bilməyib və komandasına qələbə qazandırmağı bacarmayıb.

DÇ-2026. K qrupu, I tur

Portuqaliya – DR Konqo – 1:1

Qollar: Neveş, 6 – Vissa, 45+5

Ronaldu qələbə gətirə bilmədi, İngiltərə isə 6 qolluq oyunda üstün oldu

Keynin dubllu İngiltərəsi startı qələbə ilə etdi

Ronaldu qələbə gətirə bilmədi, İngiltərə isə 6 qolluq oyunda üstün oldu

L qrupunda isə İngiltərə və Xorvatiya arasında keçirilən qarşılaşma altı qolla yadda qalıb. Arlinqtondakı “AT&T Stadium”da baş tutan oyunda Tomas Tuhelin komandası 4:2 hesablı qələbə qazanıb.

“Üç şir”lərin heyətində Harri Keyn ilk hissədə iki dəfə fərqlənərək komandasının üstünlüyünün əsasını qoyub. Fasilədən sonra Cud Bellinqem və Markus Reşford da adlarını tabloya yazdırıblar. Xorvatiyanın qollarını isə Martin Baturina və Petar Musa vurublar.

Bu nəticədən sonra İngiltərə L qrupunda ilk üç xalını qazanıb. Qrupda həmçinin Qana və Panama milliləri də mübarizə aparır.

DÇ-2026. L qrupu, I tur

İngiltərə – Xorvatiya – 4:2

Qollar: Keyn, 12 (pen.), 42, Bellinqem, 47, Reşford, 85 – Baturina, 36, Musa, 45+5

Ronaldu qələbə gətirə bilmədi, İngiltərə isə 6 qolluq oyunda üstün oldu

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni