NBA-da ilin ən böyük transferlərindən biri: Adetokunbo Mayamiyə keçir

NBA-da yay transfer dövrünün ən səs-küylü qərarlarından biri rəsmiləşmək üzrədir. Liqanın əsas ulduzlarından sayılan Yannis Adetokunbo uzun illər çıxış etdiyi “Miluoki Baks”la yollarını ayıraraq “Mayami Hit”ə keçməyə hazırlaşır.

Məlumata görə, tərəflər arasında razılaşma əldə olunub və transfer iyulun 6-dan sonra rəsmən qüvvəyə minəcək. Beləliklə, yunan basketbolçu növbəti mövsümdən etibarən Şərq Konfransının iddialı komandalarından biri olan “Hit”in formasını geyinəcək.

Mübadilə çərçivəsində Yannislə birlikdə Bobbi Portis də Floridaya yollanacaq. Əvəzində “Miluoki” heyətini Tayler Hiro, Kasparas Yakucionis, Hayme Hakes və mərkəz oyunçusu Kelel Ueyr ilə gücləndirəcək.

Boston niyə yarışdan kənarda qaldı?

Adetokunbonun adı son aylarda bir neçə klubla yanaşı hallanırdı. Xüsusilə “Boston Seltiks”in onu heyətinə qatmaq istədiyi bildirilirdi. Lakin danışıqlar zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

Məlumata əsasən, “Baks” rəhbərliyi Yannis qarşılığında daha geniş paket tələb edib. Klub perspektivli gənc basketbolçuların, əlavə birinci raund draft seçimlərinin və gələcək mübadilə hüquqlarının daxil olduğu təklif gözləyirdi.

“Seltiks” isə əsasən Ceylen Braunu və iki birinci raund draft seçimini təklif etməyə hazır olub. Bu paket Miluoki rəhbərliyini qane etmədiyindən danışıqlar dayanıb və klub diqqətini “Mayami Hit”in təklifinə yönəldib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni