Məhəmməd Salahın Avropaya qayıdışı gündəmdədir: Keçmiş klubuna transfer oluna bilər

Misir millisinin ulduzu Məhəmməd Salahın karyerasını harada davam etdirəcəyi ilə bağlı müzakirələr səngimir. “Liverpul”dan azad agent kimi ayrılan hücumçuya həm Avropa klubları, həm də Səudiyyə Ərəbistanı Pro Liqasının təmsilçiləri ciddi maraq göstərir. Daily Mail nəşrinin yaydığı məlumata görə, Salahın keçmiş klubu “Roma” onu yenidən heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Hazırda 34 yaşlı futbolçu Misir millisi ilə birlikdə 2026-cı il dünya çempionatında iştirak edir. Onun komandası bu gün 1/8 final mərhələsində Argentina ilə qarşılaşacaq. Bildirilir ki, futbolçu gələcəyi ilə bağlı yekun qərarını mundial başa çatdıqdan sonra verməyi planlaşdırır.

“Roma” və “Yuventus” vəziyyəti izləyir

Məlumata əsasən, “Roma” ilə yanaşı, “Yuventus” da təcrübəli hücumçunun transfer variantını dəyərləndirib. Xüsusilə baş məşqçi Luçano Spallettinin Salahın oyun keyfiyyətlərini yüksək qiymətləndirdiyi vurğulanır.

Lakin hər iki İtaliya klubunun qarşısında əsas maneə futbolçunun yüksək maaş tələbləri hesab olunur. Bu səbəbdən transferin baş tutması maliyyə baxımından asan görünmür. Eyni problem Səudiyyə Ərəbistanının bəzi klubları üçün də aktual sayılır. Xatırladaq ki, “Əl-İttihad” hələ 2023-cü ildə Salahı transfer etməyə çalışsa da, “Liverpul” həmin təklifi rədd etmişdi.

Misirli ulduz isə dünya çempionatı başlamazdan əvvəl gələcəyi barədə bunları demişdi:

“Mən hələ də vəziyyəti qiymətləndirirəm. İndi vaxtım var. Dünya çempionatına gedirəm və bundan sonra hər şey aydın olacaq. Əgər buna qədər yaxşı bir fürsət yaranarsa, qərar verəcəyəm. Əks halda isə seçimimi dünya çempionatından sonra edəcəyəm.”

Salahın yeni klubunun hansı olacağına dair yekun qərarın mundial başa çatdıqdan sonra açıqlanacağı gözlənilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni