Muxova və Menşik US Open 2026-da çempion oldular

Çexiyalı tennisçilər Karolina Muxova və Yakub Menşik US Open 2026-nın qarışıq cütlər yarışında çempionluğa yüksəliblər. Nyu-Yorkdakı Artur Eş stadionunda keçirilən finalda çexiyalı tandem İsveçrə təmsilçisi Belinda Bençiç və italiyalı Flavio Kobolli ilə qarşılaşıb.

Muxova və Menşik ilk setdə üstün oynayaraq 6:3 hesabı ilə qalib gəliblər. Rəqibləri ikinci setdə oyunun gedişini dəyişərək 6:1 hesabı ilə tarazlığı bərpa ediblər. Çempionun müəyyənləşdiyi super tay-brekdə isə Çexiya cütlüyü daha dəqiq oynayıb və 10:6 hesablı qələbə ilə titula sahib çıxıb. Menşik həlledici xalı eyslə qazanıb.

Çexiya cütlüyünün çempionluğa gedən yolu

Muxova və Menşik turnir ərzində bir neçə güclü cütlüyü mübarizədən kənarlaşdırıblar. Onlar yarımfinalda Mirra Andreyeva və Andrey Rublyov tandemini 5:4(6), 3:5, [11:9] hesabı ilə məğlub ediblər. Çexiyalılar həmin görüşün super tay-brekində iki matç xalını dəf etməyi bacarıblar.

Daha əvvəl Muxova və Menşik Emma Navarro/Tommi Pol cütlüyünü 4:1, 5:3 hesabı ilə üstələmişdilər. Finalçılar Bençiç və Kobolli isə yarımfinalda Elina Svitolina və Qael Monfils tandemini 4:5(7), 4:1, [10:5] hesabı ilə məğlub etmişdilər.

Bu uğur həm Karolina Muxova, həm də Yakub Menşik üçün karyeralarında ilk “Böyük Dəbilqə” titulu olub. Menşik mükafatlandırma mərasimində turnirdən əvvəl belə nəticə gözləmədiyini və Muxova ilə birlikdə yarışmaqdan böyük zövq aldığını bildirib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni