Bu gün 2026/27 mövsümü UEFA Millətlər Liqasının qrup mərhələsinə start veriləcək. Turnirin beşinci buraxılışının ilk oyun günündə A, B və D Liqalarında ümumilikdə səkkiz qarşılaşma keçiriləcək. Qrup mərhələsi sentyabrdan noyabrın 17-dək davam edəcək.
Günün ən diqqətçəkən qarşılaşmalarından biri A Liqasının II qrupunda Niderland və Almaniya arasında olacaq. Eyni qrupda Serbiya Yunanıstanı qəbul edəcək. IV qrupda son turnirin qalibi Portuqaliya Uelslə, Norveç isə Danimarka ilə üz-üzə gələcək.
Azərbaycan millisinin çıxış etdiyi D Liqasının II qrupunda da mübarizə başlayır. İlk görüşdə Lixtenşteyn Litvanı qəbul edəcək. Azərbaycan bu qrupda ilk turu buraxır.
Millətlər Liqasında bu günün oyunları:
A Liqası, II qrup
- 22:45 — Niderland – Almaniya
- 22:45 — Serbiya – Yunanıstan
A Liqası, IV qrup
- 22:45 — Portuqaliya – Uels
- 22:45 — Norveç – Danimarka
B Liqası, III qrup
- 22:45 — Avstriya – İsrail
- 22:45 — Kosovo – İrlandiya
D Liqası, I qrup
- 20:00 — Andorra – Malta
D Liqası, II qrup
- 22:45 — Lixtenşteyn – Litva
Azərbaycan millisi Millətlər Liqasındakı ilk qarşılaşmasını sentyabrın 27-də səfərdə Litvaya qarşı keçirəcək. Komandamızın qrupdakı digər rəqibi Lixtenşteyndir. Millimiz oktyabrın 1-də Lixtenşteyni, oktyabrın 4-də isə Litvanı Azərbaycanda qəbul edəcək. Noyabrın 13-də Lixtenşteynlə səfər matçı qrup mərhələsində Azərbaycan üçün son oyun olacaq.
D Liqasında komandalar qrup rəqiblərinin hər biri ilə evdə və səfərdə qarşılaşaraq ümumilikdə dörd oyun keçirirlər. Qrup qalibləri növbəti mövsüm üçün C Liqasına birbaşa yüksələcəklər.





