“Red Bull” pilotu Maks Ferstappen Sinqapur Qran-prisində qələbə qazanıb. “Mercedes”in sürücüsü Andrea Kimi Antonelli isə ümumi sıralamada komanda yoldaşı Corc Rassell ilə xal fərqini 102-yə çatdıraraq liderliyini möhkəmləndirib. İtalyan pilot növbəti ABŞ Qran-prisinin nəticələrinə əsasən çempionluğunu rəsmiləşdirə bilər.
Ardıcıl iki qələbədən sonra Maks Ferstappen mövsümü vitse-çempion kimi başa vurmaq iddiasını daha da gücləndirib.
Sürücülər çempionatı (Fərdi hesab):
- Andrea Kimi Antonelli (“Mercedes”) — 340
- Corc Rassell (“Mercedes”) — 238
- Lyuis Hemilton (“Ferrari”) — 229
- Maks Ferstappen (“Red Bull”) — 221
- Şarl Lekler (“Ferrari”) — 215
- Lando Norris (“McLaren”) — 201
- Oskar Piastri (“McLaren”) — 138
- İzak Hadcar (“Red Bull”) — 97
- Liam Louson (“Racing Bulls”) — 75
- Pyer Qasli (“Alpine”) — 41
Mühəndislər kuboku:
- “Mercedes” — 578
- “Ferrari” — 444
- “McLaren” — 339
- “Red Bull” — 332
- “Racing Bulls” — 100
- “Alpine” — 68
- “Haas” — 30
- “Audi” — 23
- “Williams” — 12
- “Aston Martin” — 7
- “Cadillac” — 0





