Niderlandın paytaxtı Amsterdamda keçirilən marafon qadınlar arasında yeni tras rekorduna şahid olub. World Athletics-ə istinadən məlumata görə, efiopiyalı Buze Diriba 2 saat 16 dəqiqə 12 saniyə nəticə göstərərək qalib olub.
Qadınlar yarışı
Diriba həmyerlisi Yalemzerf Yehualavın 2024-cü ildə müəyyənləşdirdiyi tras rekordunu (2:16:52) 40 saniyə yaxşılaşdırıb. O, bununla yanaşı, 2:19:34 olan şəxsi rekordunu da əhəmiyyətli dərəcədə yeniləyib.
İkinci yeri yarışın son qalibi, Efiopiya təmsilçisi Aynalem Desta (2:17:06) tutub, üçüncü pilləni isə onun həmyerlisi Meseret Belete (2:18:06) qərarlaşıb.
Kişilər yarışı
Kişilərin mübarizəsində efiopiyalı Lemi Berhanu marafon məsafəsini 2 saat 3 dəqiqə 33 saniyəyə qət edərək birinci olub. O, yarışın rekordunu yeniləməyə cəmi üç saniyə yaxın olub.
Keniyalı Nikolas Kipkorir (2:03:39) ikinci, onun həmyerlisi Patrik Mosin (2:03:58) isə üçüncü yeri tutub.
Kişilərin yarışında səkkiz atlet marafon məsafəsini 2 saat 5 dəqiqədən az müddətə başa vurub. Marafon tarixində belə nəticə cəmi üçüncü dəfə qeydə alınıb.
Yarışın yağışlı hava şəraitində keçirilməsi qaliblərin nəticələrini daha da diqqətəlayiq edib.





