“Sabah” klubunun yeni baş məşqçisi Vasili Berezutskinin məşqçi heyətində yer alacaq iki köməkçisi artıq müəyyənləşib. Sport-az xəbər verir ki, rusiyalı mütəxəssisə iki həmyerlisi dəstək göstərəcək.
- Dmitri Smirnov və Aleksandr Naqornı Vasili Berezutskinin məşqçi korpusunda çalışacaqlar.
Xatırladaq ki, “Sabah” klubu rusiyalı mütəxəssislə 2,5 illik müqavilə bağlayıb. Bu təyinatla klubun performansında müsbət irəliləyişlərin olması gözlənilir.



