Azərbaycanın “Qarabağ” klubunun və Əlcəzair milli komandasının futbolçusu Yassine Benzia FIFA tərəfindən təqdim olunan 2024-cü il Ferenc Puşkaş Mükafatına namizəd göstərilib.
FIFA-nın mətbuat xidmətinin məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Əlcəzair və Mərkəzi Afrika Respublikası arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda 70-ci dəqiqədə vurduğu möhtəşəm qola görə namizəd siyahısına daxil edilib.
Xatırladaq ki, 26 mart tarixində baş tutan görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Yassine Benzia həmin oyunda dubla (22, 70) imza atıb.



