Azərbaycan Basketbol Liqasında “Gəncə” liderliyə qayıtdı
Azərbaycan Basketbol Liqasının 6-cı turunun dördüncü oyun günündə “Gəncə” və “Lənkəran” komandaları üz-üzə gəlib. Gəncə İdman Kompleksində keçirilən matçda meydan sahibləri rəqibini 94:66 hesabı ilə məğlub edərək əhəmiyyətli qələbə qazanıb.
Gəncə – Lənkəran: 94:66
Periyotlar üzrə nəticə: 26:8, 22:22, 20:17, 26:16
Oyunun ən yaxşı oyunçusu Jordan Forbes olub. O, 22 xal toplayaraq komandasının qalibiyyətində əsas rol oynayıb.
Növbəti matç:
15 dekabr
17:00 – Quba – Şəki
Mekan: Quba Olimpiya İdman Kompleksi
Daha öncə keçirilmiş matçlar:
- Naxçıvan – Neftçi – 83:72
- Sərhədçi – Sabah – 64:67
- Ordu – Sumqayıt – 115:81
- Abşeron – NTD – 89:75
Qrup A: Turnir Cədvəli
| Komanda | Oyun | Qələbə | Məğlubiyyət | Top fərqi | Xal |
|---|---|---|---|---|---|
| Sabah | 6 | 6 | 0 | +89 | 12 |
| Naxçıvan | 6 | 5 | 1 | +37 | 11 |
| Sərhədçi | 6 | 3 | 3 | -26 | 9 |
| Abşeron | 6 | 3 | 3 | +7 | 9 |
| NTD | 6 | 1 | 5 | -47 | 7 |
| Neftçi | 6 | 0 | 6 | -60 | 6 |
Qrup B: Turnir Cədvəli
| Komanda | Oyun | Qələbə | Məğlubiyyət | Top fərqi | Xal |
|---|---|---|---|---|---|
| Gəncə | 6 | 5 | 1 | +89 | 11 |
| Ordu | 6 | 4 | 2 | +67 | 10 |
| Şəki | 5 | 3 | 2 | +49 | 8 |
| Lənkəran | 6 | 2 | 4 | -86 | 8 |
| Quba | 5 | 2 | 3 | 0 | 7 |
| Sumqayıt | 6 | 1 | 5 | -119 | 7 |
“Gəncə” bu qələbə ilə qrupda lider mövqeyinə yüksəldi və turnirin favoritlərindən biri olduğunu bir daha sübut etdi. Turnirin sonrakı qarşılaşmaları daha da maraqlı keçəcək.



