UEFA Konfrans Liqasının pley-off mərhələsi üçün püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib. Bu mərasimdə pley-offa yüksələn komandaların rəqibləri bəlli olub.
Sport-az xəbər verir ki, püşkün nəticəsinə əsasən, aşağıdakı cütlüklər formalaşıb:
- “Gent” (Belçika) – “Betis” (İspaniya)
- “Sele” (Sloveniya) – APOEL (Kipr)
- “Kopenhagen” (Danimarka) – “Haydenhaym” (Almaniya)
- “Omoniya” (Kipr) – “Pafos” (Kipr)
- TSK (Serbiya) – “Yagelloniya” (Polşa)
- “Vikinqur” (İslandiya) – “Panatinaikos” (Yunanıstan)
- “Molde” (Norveç) – “Şemrok Rovers” (İrlandiya)
- “Borats” (Bosniya və Herseqovina) – “Olimpiya” (Sloveniya)
Matçların Tarixləri
Pley-off mərhələsinin ilk oyunları 13 fevral, cavab qarşılaşmaları isə 20 fevral tarixində keçiriləcək.



