Konfrans Liqasının Pley-off Püşkü Atıldı

UEFA Konfrans Liqasının pley-off mərhələsi üçün püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib. Bu mərasimdə pley-offa yüksələn komandaların rəqibləri bəlli olub.

Sport-az xəbər verir ki, püşkün nəticəsinə əsasən, aşağıdakı cütlüklər formalaşıb:

  • “Gent” (Belçika) – “Betis” (İspaniya)
  • “Sele” (Sloveniya) – APOEL (Kipr)
  • “Kopenhagen” (Danimarka) – “Haydenhaym” (Almaniya)
  • “Omoniya” (Kipr) – “Pafos” (Kipr)
  • TSK (Serbiya) – “Yagelloniya” (Polşa)
  • “Vikinqur” (İslandiya) – “Panatinaikos” (Yunanıstan)
  • “Molde” (Norveç) – “Şemrok Rovers” (İrlandiya)
  • “Borats” (Bosniya və Herseqovina) – “Olimpiya” (Sloveniya)

Matçların Tarixləri

Pley-off mərhələsinin ilk oyunları 13 fevral, cavab qarşılaşmaları isə 20 fevral tarixində keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni