Polşa klubunun vingeri Azərbaycan Premyer Liqasına keçə bilər

Polşanın “Lex” klubunda çıxış edən Fil Dişi Sahili əsilli vinger Adriel Ba Lua Azərbaycan Premyer Liqasına transfer oluna bilər.

Sport-Az xəbər verir ki, 28 yaşlı hücumçuyla bir neçə klub maraqlanır. Bunlara Rusiyanın “Rubin” və “Axmat”, Türkiyənin “Kayserispor”, eləcə də adı açıqlanmayan Azərbaycan və Ukrayna komandaları daxildir.

Polşalı jurnalist Sebastyan Staşevskinin məlumatına görə, Ba Lua “Lex” klubunun qış təlim-məşq toplanışına qatılmayacaq və karyerasını davam etdirmək üçün yeni təklifləri nəzərdən keçirəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni