Şahdağda Dağ Xizəkçiliyi üzrə Dünya Kubokunun Açılışı Keçirildi

Şahdağ Turizm Mərkəzində Dağ Xizəkçiliyi üzrə Dünya Kubokunun təntənəli açılış mərasimi baş tutub.

Sport-Az xəbər verir ki, yarışlar Beynəlxalq Dağ Xizəkçiliyi Federasiyası, Azərbaycan Qış İdman Növləri FederasiyasıŞahdağ Turizm Mərkəzinin təşkilatçılığı, həmçinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 10-13 yanvar tarixlərində keçiriləcək.

Yarışın iştirakçıları və proqramı

Yarışda 26 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin, Avstriya, Andorra, İspaniya, Çexiya, Fransa, Almaniya, İran, Qazaxıstan, Niderland, Norveç, Polşa, Qətər, Slovakiya, ABŞ, Böyük Britaniya, Yunanıstan, Sloveniya və neytral idmançılar da daxil olmaqla, təxminən 130 idmançı iştirak edəcək.

Yarışların proqramı belədir:

  • 10 yanvar – Sprint yarışı
  • 11 yanvar – Vertikal yarış
  • 13 yanvar – Fərdi yarış

Azərbaycanı bu nüfuzlu yarışda Nəzrin QəribovaSəid Sədrəddinov təmsil edir.

Olimpiya lisenziyası üçün əhəmiyyətli addım

Dünya Kuboku, 2026-cı il Qış Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün kvalifikasiya xarakterli turnirlərdən biridir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni